İnterpress.az BBC-yə istinadən bildirir ki, İŞİD-çınin əsl adı Məhəmməd Envazidir.
İngilis kəşfiyyatı Londonun qərb bölgəsindən olan Envazinin kimliyini əvvəlcədən müəyyən etsə də, əməliyyat tədbirləri səbəbindən açıqlanmayıb.
Envazi ilk dəfə ötən ilin avqustunda amerikalı jurnalist Ceyms Foleyin edamında görüntülənib. Envazinin daha sonra digər ABŞ jurnalisti Devid Heynes, ingiltərəli taksi sürücüsü Alan Henninq və amerikalı humanitar təşkilatının əməkdaşı Abdul-Rəhman Kassiqin edam videolarında əlində bıçaq görünüb.
BBC-nin məlumatına görə, Envazi 2006-cı ildə Somaliyə gedib və “Əş-Şəbab” qrupuyla əlaqəyə girib. Envazinin Suriyaya 2 il bundan əvvəl getdiyi ehtimal edilir.
İnterpress.az