Cihadçı Con-un kimliyi müəyyənləşdibackend

Cihadçı Con-un kimliyi müəyyənləşdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, döyüşçünün adı Mohammed Emvazi-dir və o, Londondandır.

Britaniya təhlükəsizlik xidmətləri onun haqqında xəbərdar idilər, lakin əməliyyata aid səbəblərə görə adını açıqlamamışdılar.

Emvazi ilk dəfə avqust ayında, amerikalı juranlist James Foley-nin başını kəsdiyini göstərən videoda peyda olub.

Bundan başqa düşünülür ki, o, amerikalı jurnalist Steven Sotloff, britaniyalı yardım işçisi David Haines, britaniyalı taksi sürücüsü Alan Henning və amerikalı yardım işçisi Əbdül-Rəhman Kassig-in başlarının kəsilməsini göstərən videolarda iştirak edib.

Ötən ay döyüşçü yaponiyalı girovlar Haruna Yukawa və Kenji Goto-nun öldürülməsindən az öncə yayılan videolarda da göstərilib.

İnterpress.az