Vəkil Nemət Kərimlinin verdiyi məlumata görə, fevralın 26-da T. Xasməmmədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, T. Xasməmmədov fevralın 24-də saxlanılıb. Həmin gün Daxili İşlər Nazirliyi (DİN) Taleh Xasməmmədovun saxlanılmasına aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavabında qeyd edib ki, Göyçay rayon sakini Taleh Xasməmmədov törətdiyi konkret qanunazidd hərəkətinə görə polis tərəfindən saxlanılıb: “Bu gün saat 13.50 radələrində ərazidə xidmət aparan polis əməkdaşları bir nəfərin başqa birisini yerə yıxaraq döydüyünü görüblər. Polislər dərhal ora yaxınlaşaraq hadisəyə müdaxilə edib. Məlum olub ki, Taleh Xasməmmədov idarə etdiyi nəqliyyat vasitəsini düzgün park etmədiyi üçün Zahir adlı şəxs ona irad bildirib. Bu zəmində onlar arasında mübahisə düşüb və Taleh Xasməmmədov Zahirə müxtəlif bədən xəsarətləri yetirib. Onlar hər ikisi saxlanılıblar. Zərərçəkən Zahirin ərizəsi əsasında Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırmalara başlanıb və məsələyə hüquqi qiymət veriləcək”.
T. Xasməmmədov 2011-ci ildə də xuliqanlıq və polisə müqavimətdə ittiham olunaraq Göyçay Rayon Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.
İnterpress.az