Dünyaya qadın əli dəyməyə başlayır…backend

Dünyaya qadın əli dəyməyə başlayır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Konspiroloji nəzəriyyələrin həvəskarları üçün təzə mövzu yetişir. Britaniyada qadın baş nazir, ABŞ-da qadın prezident…Təsadüfə oxşamır. Gizli güclər nəsə planlaşdırır”. Bu barədə politoloq Şahin Cəfərli yazıb və bütün diqqəti dünya siyasətində zərif cinsin yükünün artmasına yönəldib. Bununla da siyasətdəki qadın faktoru, qadın personası mövzusu yenidən aktuallıq qazanıb. “Yeni Müsavat” hazırda dünya siyasətində yer alan qadın liderlərin kimliyini və dosyesini təqdim edir.

Ondan öncə isə deyək ki, Angela Merkelin rəhbərlik etdiyi Almaniyadan sonra ingilis hökumətinin başına da qadın siyasətçinin keçəcəyi dəqiqləşib. Birləşmiş Krallıqdakı tarixi referendumdan sonra iqtidardakı Mühafizəkarlar Partiyasının liderliyindən istefa verən David Kameronun xələfi ya daxili işlər naziri Teresa May, ya da enerji naziri Andrea Leadsom olacaq.

Bəs dünyada liderlərin cins kateqoriyası üzrə bölümü necədir?

Ümumiyyətlə, BMT tərəfindən bütün dünyada tanınan ölkə sayı 193-dür. Bunlar arasında qadınların idarə etdiyi ölkələrin sayı isə 19-a qədər yüksəlib.

Kimlərdir bunlar və hansı ölkələri idarə edirlər?

1. Yamaykanın baş naziri Portia Simpson-Miller

Portia Simpson-Miller 2006-cı ildə baş nazir seçildiyi zaman ölkənin ilk qadın lideri statusunu qazanıb. Ancaq bu kresloda cəmi bir il qala bilib. Amma Miller 2011-ci ildəki seçkilərdə rahat bir qələbə qazanıb.
Miller Kingston adlı bir bölgədən böyüyüb. Britaniya monarxiyasından ayrılmağı və Yamaykanın öz prezidenti olmalı olduğunu düşünür.

2. Kamla Persad-Bissessar, Trinidad və Tobago

Kamla Persad-Bissessar 2010-cu ildə açıq fərqlə qalib olduğu seçkilərdən sonra ölkənin ilk qadın baş naziri olub. 2011-ci ildə keçmiş baş prokuror Bissesarın narkotik dəstələri ilə mübarizə aparmaq üçün elan etdiyi fövqəladə vəziyyətlə bağlı baş nazirə və onun kabinet üzvlərinə qarşı sui-qəsd cəhdi olduğunu iddia edib.

3. Dilma Rousseff, Braziilya

Bolqar bir vəkillə bir iqtisadçının qızı olan Dilma Rousseff, 2010-cu ildə Braziliyanın ilk qadın prezidenti seçildi və keçən ilk ikinci dəfə seçkidən qalib çıxdı. Eyni zamanda “dəmir ledi” olaraq da bilinən Rousseff, 1970-ci ildə üç il həbsə məhkum olub və işgəncəyə məruz qalıb. Məhkumluğuna səbəb isə Braziliyanın əsgər diktatorluğuna qarşı sol yönümlü bir yeraltı təşkilata üzv olması idi.

4. Michelle Bachelet, Çili

Əslində bir uşaq həkimi olan Michelle Bachelet 2013-cü ildə ikinci dəfə qatıldığı seçkidə böyük bir fərqlə qalib olub. Bachelet öz ölkəsinin lideri olaraq daha öncə 2006-2010 illəri arasında yenə vəzifə başında idi. O, bu iki dönəm arasındakı müddətdə Birləşmiş Millətlər Təşkilatlar qadın bərabərliyi qurumu olan BM Qadını idarə edib. Bachelet həyat yoldaşından boşanıb, üç uşaq anasıdır.

5. Kristina Fernandez de Kirçner, Argentina

Siyasətin sol qanadındakı Zəfər Partiyasından olan Kristina Fernandez de Kirchner, Argentinanın ilk seçilmiş lideridir. Daha öncə həyat yoldaşının ölümündən sonra Isabel Peron 1974-1976 illəri arasında ölkəyə liderlik edib. Kirçnerin həyat yoldaşı Nestor Kirçner də həyat yoldaşına dəstək verib. O, 2003-2007-ci illər arasında ölkəyi idarə edib və 2007-ci ildə ürək tutmasından dünyasını dəyişib.

6. Ellen Conson Sirleaf, Liberiya

Ellen Johnson Sirleaf da “Dəmir ledi” olaraq tanınan bir başqa qadın liderdir. 76 yaşındakı Sirleaf Afrikanın ilk seçilmiş qadın lideri olduğu zaman ölkədə 14 ildir davam edən daxili müharibə bitmişdi və illərdən 2005-ci il idi. 2011-ci ildə isə Sirleaf Nobel Sülh Mükafatını qazandı və yenidən seçildi.

Sirleaf 1980-ci illərdə əsgər rejimini tənqid etdiyi üçün həbs edilmişdi. 1997-ci ildə prezident seçkilərində Çarles Taylor tərəfindən məğlubiyyətə uğradıqdan sonra sürgünə göndərilmişdi.

7. Ketrin Samba – Panza, Orta Afrika Cümhuriyyəti

Ketrin Samba-Panza 2013-cü ildə paytaxt Banguinin bələdiyyə sədri təyin edilib və bundan sonra da qısa bir müddət Orta Afrika Cümhuriyyətində lider olaraq seçilib. Samba-Panza bu formada da ölkənin ilk qadın lideri oldu. Uğurlu bir iş qadını və ticarət hüquqçusu olan Samba-Panza tarixdə xüsusi yer tutur.

8. Erna Solberg, Norveç

Mühafizəkar Partiyası lideri olan Erna Solberg 2013-cü ildə baş nazir seçilərək Norveçin ikinci qadın lideri oldu və sağ yönümlü bir azlıq koalisiyasına rəhbərlik etdi. Kabinetinin yarısını qadınlar təşkil edir. Bundan öncə sığınma və regionun inkişafı naziri olduğu zaman həyata keçirdiyi siyasət ona “Dəmir Erna” ləqəbi olaraq “geri qayıdıb”.
9. Helle Torning-Şmidt, Danimarka

Helle Torning-Şhmidt Danimarkada Sosial Demokrat Partiyasına 2005-ci ildə rəhbərlik etməyə başlayıb və 2011-ci ildə ölkənin ilk qadın baş naziri olub. Seçki kampaniyası zamanı şıq geyim tərzinə görə ona “Gucci Helle” deməyə başlayıblar. Torning-Şhmidt Nelson Mandela üçün təşkil olunan tədbirdə ABŞ prezidenti Barak Obama və İngitərə baş naziri Devid Kameron ilə birgə selfi üçün poza verib və bu şəkil ciddi müzakirələrə səbəb olmuşdu.

10. Angela Merkel, Almaniya

Keçmiş elm adamı olan Angela Merkel 2005-ci ildə ölkəsinin ilk qadın baş naziri olub. Forbes jurnalı Merkeli 2014-cü idə “dünyanın ən güclü qadını” seçib. Ləqəbi “Mutti” və ya “Ana”dır. Bu ləqəblərdən partiyanın daxilində ona müxalif olan şəxslər istifadə edib. Amma bu ləqəblər daha sonra onun seçki kampaniyasına müsbət mənada təsir etdi.

11. Kolinda Qrabar-Kitaroviç, Xorvatiya

46 yaşlı Qrabar Xorvatoyanın keçmiş xarici işlər naziri və NATO-nun baş qərargah rəhbərinin asistantıdır.

12. Marie Louise Koleiro Preca, Malta

Marie Louise Koleiro Preca Maltanın doqquzuncu rəhbəri olaraq Corc Abelanın yerinə keçib və ölkənin ikinci qadın lideri olub. 2014-cü ildə 55 yaşında vəzifəni dövr alan Marit bu günə qədərki ən gənc dövlət başçısı sayılır.

13. Polşanın baş naziri Eva Kopacz
Eva Kopacz ölkəsinin məclis sözçülüyünü edən ilk və tək qadındır. 2014-cü ilin sentyabrından vəzifəni dövr alan eks uşaq həkimi Kopacz ölkənin ikinci qadın baş naziridir.

14. Atifete Jahjaga, Kosova

Atifete Jahjaga ölkənin ilk qadın lideri olaraq parlament tərəfndən ölkənin ilk qadın lideri olaraq parlament tərəfindən seçilib və modern Balkanların ilk qadın dövlət başçısı olub. 40 yaşındakı Jahjaga Kosova daxili işlər nazirinin eks müavini və eyni zamanda lderliyə seçilən ən gənc insan sayılır.

15. Şeyx Hasina Vajed, Banqladeş

Şeyx Hasina 2014-cü ildə üçüncü dəfə baş nazir olmaq üçün and içib. Hasina Banqladeşin ilk qurucusu və ilk lideri olan Şeyx Mijibur Rahmanın qızıdır.. Rahman 1975-ci ildə sui qəsdlə öldürüldüyü zaman Hasina sürgünə göndərildi. Amma 1996-cı ildəki seçkilərdə qalib gələrək baş nazir oldu. Hasina bir sui-qəsd cəhdindən də qurtulub.

16. Park Geun-Hye Cənubi Koreyanın prezidenti

2013-cü ildə Park Geun-hye Cənub Şərqi Asiyanın müasir tarixində ilk qadın president olaraq and içib. Geun-hyenin atası, ölkənin 1974-cü ildəki lideri Park Chung-heeni hədəfləyən, amma onun əvəzinə anasının vurularaq öldürüldüyü bir sui-qəsddən sonra Geun-hye, anasının birinci ledi vəzifələrini öz üzərinə götürüb. Həmin vaxt o, sadəcə 22 yaşında idi. Geun-Hyenin atası Chung-hee son nəticədə yenə də bir sui-qəsdə qurban gedib.

Siyahıya bir daha diqqət edək və dosyesini nəzərə çatdırmadıqlarımızı da yaddan çıxarmayaq:

Argentina prezidenti kristina Fernandez Kirçner
Banqladeşin baş naziri Şeyxi Hasina
Braziliya prezidenti Dilam Rouseff
Mərkəzi Afrika Respublikası prezidenti Katrina Samba Panza
Çilinin baş nazir Bixelle Maxlet
Xorvatiya prezidenti Kolinda Qrabar-Kitarovic
Almaniya Kansleri Angela Merkel
Latviyanın baş naziri Laimdota Straujuma
Liberiya prezidenti Ellen Johnson-Sirleaf
Litvanın baş naziri Dalia Grybauskaite
Maltanın baş naziri Marie Louise Koleiro Preca
Morityus Respublikasının prezidenti Ameenah Gurib
Norveçin baş nazir Erna Solberq
Polşanın baş nazirinin Eva Kopacz
Park Geun-Hye Cənubi Koreyanın prezidenti
İsveçrənin baş naziri Simonetta Sommaruga.

Şahin Cəfərli: “Siyasətdə qadın-kişi bərabərsizliyi aradan qalxıb”

Politoloq Şahin Cəfərli isə ümumiyyətlə, komplo teorilərinə inanmadığını dedi. O, bu məsələləri kiminsə “düzüb-qoşduğu” barədə konspiroloji fikirlərə qatılmır: “Sadəcə, Qərbdə gender probleminin çoxdan həllini tapıb, siyasətdə qadın-kişi bərabərsizliyi aradan qalxıb. Klinton seçilərsə, gələn il keçiriləcək G-7 toplantısında masada 3 qadın olacaq. Dünyaya qadın əlinin dəyməsi heç də beynəlxalq münasibətlərdə yumşalmanın olacağı mənasına gəlməz. Məsələn, 1982-ci ildə Tetçer Britaniya və Argentina arasındakı Folklend problemini güc yolu ilə həll etmişdi. Tereza Mey də artıq sərt xarakterinə görə 2-ci ”Dəmir ledi\” adlandırılır. Hillari Klinton da xarici siyasət problemlərinin həllində, məsələn, Ukrayna məsələsində Rusiyaya qarşı sərt xəttin tərəfdarıdır\”.(musavat)

İnterpress.az