İnterpress.az xəbər verir ki, bu yeni qatar sovet sələfindən bir çox üstünlükləri ilə fərqlənir. Bu yaxınlara qədər Rusiya dəmir yollarında sovet dövrünün vaqonlarından istifadə edilirdi. Lakin bundan sonra tədricən onlar yeni nəsil vaqonlarla əvəzlənəcək.
Bu sərnişin qatarı 800 adam daşıya bilir. Yeni qatarı tamburu belə görünür. Bir vaqondan digərinə keçmək üçün düyməni basmaq lazımdır və bundan sonra qapı xəbərdaredici siqnalla açılır.
Sovet vaqonlarında tualet həmişə problemolsa da, yeni vaqonlarda sanitar qovşağın yaxşı görüntüsü var. Birinci mərtəbədən ikinciyə pilləkənlə çıxmaq olur. Hər vaqonda içərinin tempraturunu göstərən tablo var.
Vaqon-restoran da ikimərtəbəlidir. Birincidə yemək hazırlanır. Hazır yeməklər xüsusi liftlə ikinciyə qaldırılır
Bu yaxında aydın olub ki, Çin də Pekin-Moskva arasında dəmiryolunu çəkmək üçün 242 milyard dollarlıq layihə hazırlayır.
İnterpress.az