Onlardan başqa sənədə daha 28 konqresmen imza atıb. İnterpress.az xəbər verir ki, qanun layihəsi ABŞ Müdafiə Nazirliyinə Dövlət Katibliyi ilə koordinasiya etməklə “Ukraynanın silahlı qüvvələrinə müxtəlif parametrli müdafiə təyinatlı vasitələrlə” yardım etmək səlahiyyəti verir. Pentaqon rəhbərliyi bu haqqa 2017-ci ilin 30 sentyabrına qədər malik olacaq.
Sənəddə qeyd olunur ki, rəsmi Kiyevə təqdim olunacaq yardımlar “ölkənin xarici təcavüzkarlardan müdafiə olunması üçün” təqdim olunmalıdır. Bu məqsədlə bir milyard dollar ayrılması təklif olunub.
Konqresə bundan əlavə Ukraynaya silah verilməsi barədə qanun layihəsi də təqdim olunub. Sənədin müəllifi Respublikaçı Ceyms İnhofdur. Onun sənədinə görə, Ukrayna ordusunu silahla təmin etmək səlahiyyəti Pentaqona yox, birbaşa prezidentə verilir.
İnterpress.az