Azərbaycanda 63 minə yaxın əlil uşaq varbackend

Azərbaycanda 63 minə yaxın əlil uşaq var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli “Əlilliyi olan uşaqların inkluziv və fərdi təhsili haqqında qanunvericilik sənədlər toplusu” adlı kitabın təqdimatında deyib.

Komitə sədri bildirib ki, cəmiyyətin uğuru əlilliyi olan insanların qayğı ilə əhatə olunması, onlara cəmiyyətdə hər bir şərait yaradılmasından ibarət olmalıdır: “Bu gün ölkədə sosial xidmət haqqında qanun qəbul edilib, dövlət vəsaiti qeyri-hökumət təşkilatlarına qrant şəklində verilir və nəticədə onlar tərəfindən əlillərə xidmətlər göstərilir”.

Hadı Rəcəbli təhlillərin Azərbaycanda əsasən 3 yaşa kimi uşaqların əlil olduğunu göstərdiyini bildirib: “Dövlət qurumlarında ilə birgə bunun əsas səbəbləri araşdırılır. Məlum olur ki, əsas səbəblərdən biri nikaha girənlərin sağlamlığı ilə bağlıdır.

Bu yöndə də mühüm addımlar atılır və iyunun 1-dən etibarın nikaha girənlərin sağlamlığı haqda arayışlar tələb ediləcək. Məcburi diaspanserizasiya haqda da qanun qəbul edilib. Bu yöndə, genofondun, uşaqların sağlamlığının qorunması istiqamətində mühüm işlər görülür”.

İnterpress.az