Bunu İnterpress.az-a Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib.
Azər Maqsudovun sözlərinə görə, allergik reaksiyaların artmasına səbəb havaların dəyişməsi, qripin daha çox yayılması səbəbindən antibiotiklərin qəbulunun çoxalmasıdır: “Bu dövr orqanizmin müqavimət gücünün azaldığı dövrdür. Antibiotiklərin qəbulundan sonra allergiya daha tez müşahidə oluna bilir. Xəsətxanaya həftə ərzində 11 nəfərin müraciət edib ki, onlardan da 3 nəfəri uşaqdır”.
Elnarə
İnterpress.az