Fevralın 25-də Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən “Yanar dağ” kafesində bu məkanın sahibi Natiq Məmmədzadənin otağından 12000 manat oğurlanıb.
DİN-in Növbətçi Hissələri İdarəertmə Xidməti və Yasamal polisinin həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Mingəçevir şəhər sakini Sönməzbəy Məmmədov Qusar sərhəd-keçid məntəqəsindən keçərkən tutulub.
İnterpress.az