Süleyman şahın məzarını açanları təəccübləndirən detalbackend

Süleyman şahın məzarını açanları təəccübləndirən detal

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 1974-cü ildə Süleyman Şahın məzarının açılmasında iştirak edən keçmiş diyanət işləri naziri Tayyar Altıkulaç xatirələrini bölüşüb.

Tayyar Altıkulac bildirib ki, o zaman türbə suriyalılar tərəfindən su anbarının inşası zamanı su altında qalmaq təhlükəsi ilə üzləşib. Buna görə də cənazə ərazidən Karakozaka köçürülüb.

İŞİD-in təhdidləri nəticəsində türbənin Eşməyə köçürülməsi planlaşdırıldığı bir zamanda keçmiş nazirin xatirələri maraqla qarşılanıb:“…Cəsədin daşınması üzrə yaradılan heyətlə 130 kilometr məsafədəki türbəyə çatdıq. Qəbirlər türbənin altında idi. Əsas məsələ o idi ki, qəbirləri kim açacaq? Bu məsələ əvvəlcədən heç danışılmamışdı. Hər kəs bir-birinin üzünə baxırdı. Anlaşıldı ki, bu işi məndən başqa heç kəs etməyəcək. Bir əsgərlə aşağı düşdüm. Süleyman şahın qəbrindən başqa 2 və ya 3 məzar da var idi. Ölülərin hamısı taxta tabutlar içində idi. Çox təəccübləndim, cəsədlərin sümükləri dəfn edildikləri kimi qalmışdı. Sümükləri əvvəlcədən hazırlanan torbalara qoyduq. Cənazə namazı qılındıqdan sonra əvvəlcədən hazırlanan məzarlara dəfn etdik”.

İnterpress.az