İnterpress.az xəbər verir ki, tədbirdə həmçinin Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, deputata Azay Quliyev və digər qonaqlar qatılıblar.
Nümayişdən əvvəl çıxış edən Meral Akşener bildirib ki, hər ailənin faciəsi var: “Türk millətinin əslində taleyi budur. Acıların və soyqırımların üzərinə inşa edilən bir tarixdir. Bizim böyüklərimiz bunu danışmazlar, unutmağı seçərlər. 1915-ci il sürgünü soyqırım deyildir. Xocalı hüquqi olaraq bir soyqırımdır. Çünki istər bir nəfər, istər bir milyon adam, insan olmaqdan qaynaqlanan etnik, dini, məzhəb aidiyyatı və siyasi aidiyyat… Bir dövlət tərəfindən kökünü kəsmək üçün öldürüldüyü zaman bunun adı soyqırımdır”.
“Sovet Rusiyasının nəzarətində qurulmuş olan Ermənistan rəhbərlərinin qərarı ilə edilmiş bir soyqırımdır” deyən Akşener bunu “hüquqi soyqırım” adlandırıb.
Ermənistanın indki prezidenti Serj Sarkisyanın Xocalı qətliamına başçılıq edənlərdən biri olduğunu söyləyən deputat “Sonra Sarkisyan prezident oldu. Sonra biz vəziyyət bu cür ikən açılım edirik. Ermənistanla aramız dəyməsin deyə stadiona Azərbaycan bayrağına icazə vermədik. Mən sizdən təmsil etdiyim parlament adına üzr itəyərəm” deyib.
İnterpress.az