İnterpress.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yuxarı Cürəli kənd sakini Şəfaqət Quliyevadan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.
Analoji əməliyyatı Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları həyata keçiriblər. Belə ki, Ağdam rayon sakini Ziyadxan Cəfərovdan müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “TOZ-12” markalı ov tüfəngi və 16 ədəd patron götürülüb.
Cəlilabad rayonunda isə şəhər sakini Vitaliy Zyulkovskidən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.
İnterpress.az