İnterpress.az BBC-yə istinadən xəbər verir ki, Boris Nemtsov bazar gününə təyin olunmuş müxalifət marşına başçılıq etməli idi, lakin hadisələr elə gətirdi ki, əvəzində onun təfdarları liderlərini anmaq üçün matəm marşına şıxdılar.
Yürüş başlamazdan əvvəl müxalifət tərəfdarları Kremlə yaxın ərazidə toplaşıblar. Aksiya iştirakçıları Nemtsovun güllələndiyi yerədək hərəkət etməyə başlayıblar.
Moskva meriyası aksiya təşkilatçıları ilə yürüşdə 50000-dək insanın iştirak edəcəyini razılaşdırsa da təşkilatçılar marşa qoşunların sayının bu rəqəmi aşacağını istisna etmirlər.
Boris Nemtsovun xatirəsinin anılması məqsədilə Rusiya paytaxının mərkəzində matəm marşının keçirilməsi gözlənilir.
Tədbirlə bağlı Moskvada şəhərin mərkəzi hissəsində marşın keçiriləcəyi saatlarda nəqiyyatın hərəkəti məhdudlaşdırılacaq.
Nemtsovun qətlindən əvvəl Rusiya müxalifəti martın 1-də Moskvada \”Bahar\” marşı keçirməyi nəzərdə tutmuşdu.
Müxalifət həmin tədbirdə hökumətdən iqtisadi böhranla bağlı təcili tədbirlərin görülmüəsini tələb etməyi planlaşdırmışdı.
Lakin şənbə günü müxalifət liderlərinin meriya ilə danışıqlarından sonra kütləvi aksiyanən formatı və keçiriləcəyi yer dəyişdirilib.
Müxalifətçi RPR-PARNAS partiyasının lideri Mixail Kasyanovun sözlərinə görə, matəm yürüşündə minlərlə adamın iştirak edəcəyi gözlənilir.
İnterpress.az