Qazaxda ər arvadını güllələyibbackend

Qazaxda ər arvadını güllələyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə rayonun Əliağa Şıxlinski küçəsi, bina 5, mənzil 39 ünvanında qeydə alınıb.

Orada yaşayan 1 uşaq anası 29 yaşlı Aynurə Abdullayeva özündən 19 yaş böyük Məcid Veyisov tərəfindən qətlə yetirilib.

Qazax rayonu Daş Salahlı kənd sakini 48 yaşlı M.Veyisov evə ov tüfəngilə gəlib. Bir neçə dəqiqə sonra yaranan mübahisə zamanı kişi yaxın məsafədən odlu silahla Aynurənin baş nahiyəsinə atəş açıb. Daha sonra isə hadisə yerindən qaçıb.

Polis hadisəni törədən kişini yaxalayıb.

Qeyd edək ki, Məcid Veyisov ilə Aynurə Abdullayeva qeyri-rəsmi olaraq ər-arvad münasibətlərində yaşayırlarmış.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. ( anspress.com )

İnterpress.az