İnterpress.az xəbər verir ki, əvvəllər İranda diplomları qəbul edilən Türkiyə universitetlərinin sayı 17 olduğu halda, indi bu say 12-yə endirilib. Bundan başqa Türkiyə universitetlərinin diplomları bir pillə aşağı olaraq qəbul ediləcək.
Bilkent və Orta Doğu Texnik Universiteti istisna olmaqla digər təhsil müəssisələrinin verdiyi doktorluq diplomu isə İranda qəbul edilməyəcək. Digər 10 universitetin diplomlarının qəbuluna iranlı mütəxəssislərdən ibarət komissiya imtahandan sonra qərar verəcək.
Nazirliyin bu qərarına son illər təhsil almaq üçün Türkiyə universitetlərini seçən Güney Azərbaycanlı gənclərin sayının artması səbəb olub.
İnterpress.az