Nemtsovun  qətlinin şahidi danışdıbackend

Nemtsovun qətlinin şahidi danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu rusiyalı siyasətçi Boris Nemtsovun qətlinin şahidi, ukraynalı fotomodel Anna Duritskaya “Dojd” telekanalına müsahibəsində deyib.

“Şam yeməyindən sonra Borisin evinə yollandıq. Şübhəli nəsə baş vermirdi”, – deyə o vurğulayıb.

Qar təmizləyən maşının sürücüsündən polisə zəng etməyi xahiş etdiyini deyən A. Duritskaya bildirib ki, sürücü nömrə verdikdən sonra o, hadisə yerinə qayıdıb.

“Polis əməkdaşları hadisə yerinə 10 dəqiqə sonra gəldilər. Səhərə kimi məni sorğu-suala tutdular, vəkil isə yanımda yox idi. Polis bütün əşyalarımı yoxladı, telefonlardan məlumatları götürdü. Bu vaxtadək nəyə görə Rusiya ərazisində saxlanıldığımı anlamıram. Onlar mənə aeroporta getməyə imkan vermirlər. Çıxa bilmirəm. Güman ki, Borisin yas mərasiminə gedə bilməyəcəm. Düşünmürəm ki, Borisin qətlinin səbəbi qısqanclıq olsun”, – deyə o vurğulayıb. ( apa )

İnterpress.az