Nemtsovun qətli: meriya videokameraların qaydasında olduğunu bildiribbackend

Nemtsovun qətli: meriya videokameraların qaydasında olduğunu bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bəzi KİV-lərdə ötən cümədən şənbəyə keçən gecə kameraların işləmədiyi xəbərinin yayılması ilə bağlı, Moskva şəhəri informasiya texnologiyaları departamenti rəsmi sürətdə bəyanat edib ki, fevralın 27-28-də şəhər video müşahidə sisteminə aid olan bütün kameralar işlək vəziyyətdə olub”, meriyanın mətbuat xidmətindən bildiriblər.
Bundan əvvəl Rusiyanın “Kommersant” qəzeti qətl hadisəsi baş vermiş ərazidə videokameraların ya işləmədiyini və ya kamerlara yazılmış videoların aşağı keyviyyətli, toran və yayğın olduğunu qeyd etmişdi.

Meriyadan kameralardan götürülmüş video materialların hamısının istintaq orqanlarının ixtiyarında olduğunu bildiriblər.

Məlumata əsasən, Kremlə yaxın ərazidə quraşdırılmış kameralarda toplanan video materiallara həmin kameraların quraşdırılması və tənzimlənməsilə məşğul olan federal strukturlar cavabdehdir.

Bu arada Federal Mühafizə xidmətinin rəsmisi Sergey Devyatov RİA Novosti agentliyinə bildirib ki, Nemtsovun qətlə yetirildiyi Böyük Moskvoretsk körpüsü kameraların müşahidə zonasına daxil deyil, çünki həmin cuihazlar “Kremlə tərəf baxır və əsasən daxili ərazinin müşahidəsini təmin edir”.

İnterpress.az