Fevralın 25-də 1958-ci il təvəllüdlü Elman Ağaverdi oğlu Sadıqov, oğlu Malik tərəfindən bıçaqlanıb. Ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilən E. Sadıqov xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, E. Sadıqov rayonun 20-ci sahə, Yurbəy Mürsəlov küçəsində yerləşən mənzildə bıçaqlanıb.
Polislər tərəfindən saxlanılan Malik Sadıxovun ruhi-əsəb xəstəlikləri dispanserində qeydiyyata alındığı məlum olub. ( apa )
İnterpress.az