Burada müştərilərlə birgə vəhşi heyvanlar da qalır. İnterpress.az xəbər verir ki, Kanberradakı Milli Zooparkda və akvariumda yerləşən “Wildlife Lodge” mehmanxanasında qonaqlar heyvanlarla çox yaxın qalır. Onları bir-birindən şüşə ayırır.
Otelin bütün nömrələri tematikdir. “Giraffe Treehouses”da zürafələri yemləmək olar. “Ushaka Lodge”də akulalarla dolu böyük akvarium var. Terrasın damında meymunlar gəzir. “Jungle” bölməsində şüşə arxasından aslanları, leopardları və ayıları rahat görmək olar. Oteldə ancaq 18 saat qalmaq olar. Təhlükəsizlik məqsədilə otelə 6 yaşından aşağı uşaqlar qəbul edilmir. Mehmanxada qalmaq xərci adambaşına 400 dollardır. Bu qiymətə zoorparkı və akvariumu gəzmək, nömrədə mini bar və səhər yeməyi daxildir. Bu oteldən gələn qazanc zooparkın hesabına köçürülür.
İnterpress.az