14 korrupsioner general məhkəmə qarşısındabackend

14 korrupsioner general məhkəmə qarşısında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onlar vəzifələrindən sui-istifadə etmək və dövlət əmlakını talamaqda ittiham olunurlar. İnterpress.az xəbər verir ki, onların arasında Mərkəzi Hərbi Şuranın (MHŞ) sədrinin müavini, general-polkovnik Qo Bosyunun oğlu da var. 45 yaşlı general Qo Çjenqan bu yaxınlarda Çjeçzyan vilayətinin siyasi komissarı vəzifəsinə irəli çəkilsə də, hazırda ciddi qanun pozuntusunda ittiham olunur.

Analitiklərin fikrincə, istintaq araşdırmaları ataya da gəlib çatacaq. Onun keçmiş həmkarı, MHŞ-nın keçmiş sədr müavini Syuy Çayxoy ötən ilin martında korrupsiyaya görə tribunalda mühakimə olunmuşdu.

Digər ittiham olunanlar arasında MHŞ-in keçmiş iki köməkçisi – Van Ayqo və Çju Xepin də var.

Bundan əlavə Xubey hərbi dairəsinin keçmiş komandanının müavini Lyan Veyçzeyə ömürlük həbs cəzası verilib. O, rüşvət, qanunsuz əmlak əldəetmə, silah və sursat ələ keçirməkdə ittiham olunub.

Çində korrupsiyaya qarşı genişmiqyaslı kampaniya iki il əvvəl başladılıb.

İnterpress.az