Dövlət Komitəsi əməkdaşının adı benzin qalmaqalında – ŞİKAYƏTbackend

Dövlət Komitəsi əməkdaşının adı benzin qalmaqalında – ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müəssisə sahibinin sözlərinə görə, Sütəmirdov kəndində yerləşən “Xəzər”yanacaqdoldurma məntəqəsinin tikintisi mövcud qanunlarının tələbərinə, bütün müvafiq səlahiyyətli icra orqanlarının sənədli razılığı əsasında, olaraq inşa edilib. müvafiq dövlət orqanlarının mütəxəssisləri tərəfindən mütəmadi olaraq yoxlanılır, sənədlər tərtib olunur və hesabatlar təqdim olunur.

Eyni zamanda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Texniki Tənzimlənmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran Ərazi İdarəsinin işçiləri tərəfindən sözügedən yanacaqdoldurma məntəqəsinin fəaliyyəti vaxtaşırı yoxlanılıb və heç vaxt, heç bir ciddi problem yaranmayıb: “Lakin son vaxtlar Komitənin Texniki Tənzimlənmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran Ərazi İdarəsinin işçiləri tərəfindən sahibkarlıq fəaliyyətimizə mane olan bürokratik əngəllər yaradılır, plandan kənar yoxlamalar barədə əsassız qərarlar qəbul edilir və digər bu kimi tədbirlər həyata keçirilir. Sahibkarlarlıq fəaliyyətimizə yerli-yersiz müdaxilələr edilir, müxtəlif əsassız yoxlamalar aparmaqla işimizə maneçilik törədilir.

Belə ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Texniki Tənzimlənmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran Ərazi İdarəsinin əməkdaşı Süleymanov Süleyman adlı şəxs dəfələrlə yanacaq doldurma məntəqəsinə iş yerimə gələrək məndən müştəriləri aldadaraq, satılan benzinin hər 10 litirində 300 m/qram əskik verilərək haram gəlir əldə etməyi təklif edirdi. Süleyman Süleymanov məni əmin edirdi ki, benzin vuran kolonkalara müdaxiləni özləri edəcəklər və sonra da öz möhürləri ilə doğru işlədiyini təsdiq edəcəklər. Bu səbəbdən də heç kim bizi ödənilən puldan az benzin satmağda günahlandıra bilməyəcək. Ayın sonunda isə onlar əskik verilmiş, yəni konkret olaraq insanları aldatmaq yolu əldə olunmuş pulu hesablayıb məndən götürəcəklər.

Qeyd edim ki, Süleyman Süleymanov həmçinin mənə qəti şəkildə bildirdi ki, onlar bu işləri bir başa Komitənin rəhbərliyinin göstərişinə əsasən edirlər və Lənkəran rayonunda fəaliyyət göstərən 23 ədəd yanacaqdoldurma məntəqəsindən 21 ədədi artıq onların tələb etdiyi şəkildə “fəaliyyət” göstərir. Lakin mən ağsaqqal yaşımda belə şərəfsiz işlərlə məşğul olmağa təbii ki, razı olmadığım üçün Süleyman Süleymanovun dedikləri ilə razılaşmadım və Süleyman Süleymanov qəti etirazıma baxmayaraq bir neçə dəfə eyni tələblə yanıma gəldikdən sonra mən 2015-ci ilin yanvar ayında əsəbləşərək onu iş otağmdan qovdum.

Həmin hadisədən bir neçə gün sonra, 16 yanvar 2015-ci il tarixdə 3 (üç) nəfər Əliyar, Movlud adlı şəxslər və sürücü “Fiat Doblo” markalı xidməti avtomaşınla “Tərəqqi” kiçik müəssisəsinin Lənkəran rayonu Sütəmirdov kəndində yerləşən “Xəzər” yanacaqdoldurma məntəqəsinə gəlib, şəxsiyyət vəsiqələrini və səlahiyyətləri barədə müvafiq sənəd təqdim etmədən, özlərinin Bakı şəhərindən gəldiklərini, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin standartlara və ölçü vasitələrinə nəzarət üzrə dövlət müfəttişləri kimi təqdim edərək yoxlama keçirmək istədiklərini bildirdilər.

Tərəfimizdən həmin şəxslərə yanacaqdoldurma məntəqəsində yoxlama aparılmasına etiraz olundu və “yoxlama aparılması barədə Qərar”ın, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumatların reyestrindən çıxarış”ın təqdim edilməsi xahiş edildikdə, tələb etdiyimiz sənədlərin bizə təqdim olunmaması səbəbindən müəssisəyə məxsus yanacaqdoldurma məntəqəsində yoxlama aparmasına icazə verilmədi.
Sözügedən şəxslərə yanacaqdoldurma məntəqəsində yoxlama aparmasına icazə verilmədiyi üçün onlar əsəbi şəkildə obyektdən uzaqlaşıblar”.

İbrahim Əliyev bildirib ki, yanvarın 19-da Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Texniki Tənzimlənmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin standartlara və ölçü vasitələrinə nəzarət üzrə dövlət müfəttişləri “Tərəqqi”də yoxlama aparılmaslı ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə müraciət edib: \”Elə həmin gün yəni, təxminən 12-14 nəfərə yaxın şəxs 19 yanvar 2015-ci il tarixdə, 1 saat 33 dəqiqə sonra, saat 14:00-da müəssisəsinin Lənkəran rayonu Sütəmirdov kəndində yerləşən “Xəzər” yanacaqdoldurma məntəqəsinə gələrək heç bir sənəd, yəni yoxlama təyin edilməsi barədə qərarı və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış təqdim etmədən yoxlama keçirəcəklərini bildiriblər”.

Sahibkarın sözlərinə görə, bundan sonra bütün kolonkaların təhlükəsizlik krantlarının yerləşdiyi qutuların qapaqlarını qanunsuz olaraq möhürlənib. Lakin həmin hərəkətlərin həyata keçirilməsi ilə bağlı hər hansı bir akt və ya digər bir sənəd tərtib edilərək bizə təqdim edilməyib.

Bundan sonra Texniki Tənzimlənmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran ərazi idarəsi üzrə standartlara və ölçü vasitələrinə nəzarət üzrə dövlət müfəttişləri tərəfindən inzibati xəta haqqında Protokol və Akt tərtib edilib. Protokol baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib. Lənkəran Rayon Məhkəməsinin 12 fevral 2015-ci il tarixli qərarı ilə Əliyev İbrahim Əliağa oğlu İnzibati Xətalar Məcəlləsinin 317.1-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat miqdarında cərimə edilib.

İş adamı Lənkəran Rayon Məhkəməsinin qərarının ləğv edilməsi üçün apellyasiya məhkəməsinə müraciət edib.

Elnarə
İnterpress.az