İntepress.az xəbər verir ki, əməliyyatda 3 min hərbçi iştirak edəcək. 10 min ehtiyatda olan əsgər isə hazır vəziyyətdə olacaq. Ordunun adının açıqlanmasını istəməyən nümayəndəsinin sözlərinə görə, bu cür əməliyyatlar iki ildən bir keçirilir.
İsrailin “Haaretz” qəzeti bu təlimlərin əsl məqsədinin Qərbi Şeriada çıxması ehtimal olunan toqquşmalara hazırlaşmaq olduğunu açıqlayıb.
Dünyanın müxtəlif ölkələrindən gətirilərək Qərbi Şeria və Şərqi Qüdsdə yerləşdirilən yəhudilərlə yerli fələstinlilər arasında tez-tez münaqişələrin yaşanması bölgədə daima gərginliyinə səbəb olur.
İnterpress.az