Gəncədə baş vermiş cinayətlərin 91,6 faizi açılıb – Ötən ilin göstəricisibackend

Gəncədə baş vermiş cinayətlərin 91,6 faizi açılıb – Ötən ilin göstəricisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Gəncə şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanov ötən ilin yekunlarına əsr edilmiş hesabat iclasında deyib.

Onun sözlərinə görə, 2014-cü ildə axtarışda olan 195 nəfərdən 146-sı tapılaraq istintaqa təhvil verilib.

F. Şabanov onu da bildirib ki, ötən il 31,5 kq narkotik vasitə polis əməkdaşları tərəfindən dövriyyədən çıxarılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları həmçinin qanunsuz saxlanılan 3 ədəd avtomat, 3 ədəd tapança, 2 ədəd tüfəng və 17 ədəd əl qumbarasının yerini müəyyən edərək götürüblər. F. Şabanovun bildirdiyinə görə, ötən il 41,8 min yol hərəkəti qaydalarının pozulması faktı və 46 yol-nəqliyyat hadisəsi baş verib. Bu hadisələr nəticəsində 18 nəfər ölüb.

İnterpress.az