Bu barədə Nobel mükafatı komitəsinin saytında dərc edilmiş məlumatda bildirilir.
Namizədlərdən 49-u təşkilat, 227-si isə ayrı-ayrı şəxslərdir.
Komitədən bildirilib ki, Nobel sülh mükafatı tarixində bu qeydə alınmış ikinci ən böyük siyahıdır. Sülh mükafatına rekord sayda – 278 nəfərin namizədliyi 2014-cü ildə irəli sürülmüşdü.
Xatırladaq ki, ötən il Nobel sülh mükafatına pakistanlı hüquq müdafiəçisi Malala Yusufzay və hindistanlı uşaq hüquq müdafiəçisi Kaylaş Satyarthi layiq görülüb.
İnterpress.az