Bakı sakini 15 min aliment borcu olan keçmiş ərini axtarırbackend

Bakı sakini 15 min aliment borcu olan keçmiş ərini axtarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biri epilepsiya xəstəsi olan 4 uşağı üçün keçmiş həyat yoldaşının ona ödəməli olduğu aylıq 160 min manat illərdir ki, ödənilmir.

Alimenti almaq və epilepsiya xəstəsi olan 17 yaşlı qızının müalicəsinə yardım etmək üçün “Təmiz dünya” İctimai Birliyinə müraciət edən qadın kirayədə yaşadığını vurğulayıb:“Qızım 9 yaşında epilepsiya xəstəsi olub. İndi 17 yaşı var. Bəzən çox aqresiv olur və evdən qaçır. Qısa zaman sonra etdiyi hərəkəti anlayıb geri qayıdır. Müalicəsi və əməliyyatı üçün vəsait lazımdır. Ancaq illərdir ki, uşaqların atası verməli olduğu alimenti ödəmir”.

“Təmiz dünya” İctimai Birliyi 15 min manat alimentin keçmiş ərə ödətdirilməsi üçün Ədliyyə Nazirliyinə müraciət edib.

Elnarə
İnterpress.az