Oğrular bu evi qaraladıbackend

Oğrular bu evi qaraladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ilin oktyabr ayında evin pəncərəsini sındıraraq içəri daxil olan şəxslər evdən 23 min manat nağd pul və 10 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.

Hadisə barədə Bərdə Rayon Polis Şöbəsinə məlumat verən ailə oğurluqda şübhəli bilinən şəxsin polis tərəfindən saxlanıldığını, lakin daha sonra onlara oğurluğu həmin şəxsin törətmədiyi bildirilib.

Mahizər Musayeva deyir ki, hadisədən 4 ay sonra eyni hadisə yenidən təkrarlanır. Bu dəfə evə girən şəxs və ya şəxslər evdəki əşyaları dağıtsalar da heç nə aparmayıb. Ancaq ard-arda baş verən hadisələr ailə üzvlərini qorxuya salır.

İndi Cahid Musayev həyat yoldaşı və iki körpə uşağı ilə Bərdənin Mirzəxan kəndində anasının yanında məskunlaşıb. Lazımı orqanlara məktubla müraciət etdiklərini deyən ailə bu günə qədər baş verən oğurluğun üstünün açılmamasından şikayətlənir.

Məsələ ilə bağlı Bərdə Rayon Polis Şöbəsindən ANS PRESS-ə bildiriblər ki, oktyabr ayında ailənin şikayəti əsasında oğurluqda şübhəli bilinən və həmin vaxt qonşuda təmir işi aparan usta Şəfa Baxşəliyev saxlanılıb. Amma istintaq hərəkətləri zamanı onun oğurluğu törətmədiyi məlum olub.

Baş vermiş faktla bağlı Bərdə polisində özgənin əmlakına külli miqdarda ziyan vurmaqla oğurluq etmə maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq prossesi davam edir.

İnterpess.az