Azərbaycan Mərkəzi Bankı (AMB) belə bir nəticəyə gəlib. AMB iddia edir ki, banklar iki dəfə (ötən ilin noyabrında və bu ilin yanvarında) hesabları kütləvi şəkildə manatdan əsasən dollara konvertasiya ediblər.
Statistikaya əsasən, bu dövrdə xarici valyuta ilə əmanətlərdə gəlirlilik dərəcəsi manat əmanətlərindən 0,6% artıq olub. Noyabrda fərq +0,57%, yanvarda +0,64% təşkil edib. Guya bu da əmanətçilərin aktivliyinə səbəb olub.
Qeyd edək ki, AMB fevralın 21-də manatın kəskin devalvasiyasına qərar verib. Nəticədə manat dollara nisbətdə 33,5 faiz ucuzlaşıb.
İnterpress.az