İnterpress.az xəbər verir ki, bu barədə Hollandiya Prokurorluğunun rəhbərliyi ilə araşdırma aparan Beynəlxalq Kriminalist Qrupunun mətbuat xidməti məlumat verib.
Bu nəticəyə gəlmək üçün milyondan çox sənəd, foto və video araşdırılıb. Tədqiqat materialları çox olduğundan kriminalist qrupunun heyəti artırılıb. Artıq araşdırmaçıların əllərində olan faktlar təkcə şübhəlilərin kimliyini ortaya çıxarıb işi məhkəməy göndərməyə, hətta hökm çıxarmağa bəs edir. Hazırda prokuror qrupu bunun üzərində çalışır.
Hollandiya prokurorluğu qeyd edir ki, Rusiya xüsusi xidmət orqanları ciddi-cəhdlə holland polisi və prokurorluğunun saytına daxil olmaq istəyirlər. Təhqiqatçıların Ukraynada araşdırma apararkən istifadə etdikləri və oradakı yerli internet şəbəkələrlə bağlantılı olmuş smartfon və notbuklar məhv edilməli olub.
İnterpress.az