Səfirə ülgüclü hücum – VİDEObackend

Səfirə ülgüclü hücum – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Lippert Seulda bir toplantıda çıxış etməyə hazırlanırkən 55 yaşlı Kim Ki Yonq “Şimali və Canubi Koreyalar yenidən birləşməlidir” deyə qışqıraraq, əlindəki ülgücə səfirin üzərinə hücum edib.

Yonq səfirin üzünü 11 santimetr yaralayıb. 3 santimetr dərinliyi olan xəsarətin üzdəki sinirləri zədələmədiyi bildirilib.

ABŞ Dövlət Katibinin sözcüsü Mari Harf yazılı açıqlamada bu hərəkəti qınadıqlarını bildirib. Yerli xəstəxanalardan birində müalicə alan 42 yaşlı səfirin həyatına ciddi təhlükə olmadığı deyilir.

ABŞ prezidenti Barak Obama səfirə zəng edərək baş verənlərə görə təəssüfünü bildirib. 2 saat yarımlıq əməliyyatdan çıxan Lippert daha 3-4 gün xəstəxanada qalacaq.
Koreya prezidenti də hücumu pisləyərək hadisənin Cənubi Koreya-ABŞ ittifaqına qarşı təxribat adlandırıb.


ABD Büyükelçisi Lippert'e Usturalı Saldırı! by haberler
İnterpress.az