İnsident İstanbulun Fatih rayonunda, Umarəli Kuvvatov həyat yoldaşı və uşaqları ilə birgə xəstəxanaya gedərkən baş verib.
Məlumata görə, hadisədən əvvəl Kuvvatovun tanışlarından biri evinə qonaq gəlib. Qonaq getdikdən sonra Kuvvatovun və ailə üzvlərinin səhhətində problem yaranıb.
Bundan sonra Umarəli Kuvvatov həyat yoldaşı və uşaqları ilə birgə xəstəxanaya getməyə qərar verib. Xəstəxanaya gedərkən naməlum şəxs Umarəli Kuvvatova yaxınlaşıb və tapançanı onun başına tuşlayaraq atəş açıb. Kuvvatov aldığı ağır güllə yarasından hadisə yerindəcə keçinib.
Məlumata görə, hadisədən əvvəl müxalifətçinin evində qonaq olmuş şəxs artıq polis tərəfindən saxlanılıb. Məhz onun Kuvvatovun evində olarkən yeməyə zəhər qatdığı ehtimal olunur.
İnterpress.az