İnterpress.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə vəkil Sergey Xudyakov məlumat verib. Vəkil bildirib ki, 2014-cü ilin mayında Buryulova meyvə bazasının icarədarı olan Rasim Sadıqov həbs edilib. İstintaqın versiyasına görə, Sadıqov meyvə bazasında qanunsuz miqrasiyaya şərait yaradacaq hərəkətlərə yol verib. O, sənədi olmayan miqrantların işlə təmin edilməsinə vasitəçi olub.
Lakin məhkəmə işin yenidən araşdırılması üçün prokurorluğa qaytarıb.
Xatırladaq ki, 2013-cü il 13 oktyabrında Buryulovada gənc öldürülüb. Baş verən qarışıqlıqda 400 nəfər saxlanılıb. Oktyabrın 15-də həmin gənci öldürməkdə təqsirkar bilinən Orxan Zeynalov həbs edilib.
Meyvə bazası isə bağlanıb.
İnterpress.az