İnterpress.az xəbər verir ki, İspaniyada həbsdən azad olunduqdan sonra Rusiyaya qayıdan Zaxari Kalaşov (Şakro Maladoy) çoxdan gözlənilən “islahatlara” start verib.
Belə ki, bəzi şəxslər statusdan məhrum edilib. “Qara siyahıda” Saşa Kuşner, Gilani Sedoy, Şamil, Armen Xaxol, Nika Qaqrinski, Lesko Qlaski, Baso Rustavski, Artem Lipetski və Vlad Şarapla yanaşı, azərbaycanlı “oğru” Lotu Qulinin qardaşı Namik Səlifovun da adı var.
Şakro Maladoyun təşəbbüsü ilə 12 nəfərin statusdan məhrum edilməsi məsələsinə baxılıb. Onlardan bəziləri ilə bağlı qəti qərar verilsə də, bəzi şəxsərin titulu geri qaytarmaq şansı var.
Statusdan məhrum edilənlərdən Saşa Kuşnerin “tacqoyma” mərasimi qanunauyğun sayılmayıb. Gilani Sedoy, Şamil və Armen Xoxol da eyni səbəbdən “tac”dan məhrum edilib.
Şakro Malodoyun qara siyahısında 3 azərbaycanlı da var: Lotu Qulinin kiçik qardaşı Namik Səlifov, Rafət və Ceyhun. Onlardan təkcə Namik Səlifovun məsələsi hələlik tam həll edilməyib. Namik Səlivov hələ oğru statusundan məhrum edilməsə də, məsələsinə yaxın zamanda baxlacaq.
Elnarə
İnterpress.az