Bəyanatda bildirilir ki, səfər çərçivəsində onlar Azərbaycan prezidenti İlham Əliyevlə, Prezident Administrasiyasında, parlamentin spikeri ilə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə, baş prokuror, ədliyyə naziri və Mərkəzi Seçki Komissiyasının rəhbəri ilə görüş keçiriblər. Həmçinin vətəndaş cəmiyyətinin üzvləri və beynəlxalq ictimaiyyət üzvləri ilə də keçirilib.
Həmməruzəçilər həbs-qətimkan tədbiri seçilmiş şəxslərin vəkilləri ilə görüşüb, məhbuslara, o cümlədən Anar Məmmədliyə baş çəkiblər.
Müzakirələr noyabrda Azərbaycanda baş tutacaq parlament seçkiləri ərəfəsində siyasi vəziyyət, məhkəmələrin azadlığı və fəaliyyəti, həmçinin ölkədə insan haqları sahəsində vəziyyət istiqamətində olub.
İnterpress.az