İnterpress.az xəbər verir ki, “Namizədliyimi verməyim üçün minlərlə məktub alıram. Mənim şəxsi planlarım başqa idi. Mən Qazaxıstana rəhbərlik edirəm, bəlkə dekorasiyanı dəyişmək lazımdır?” deyə prezident bildirib.
Qazaxıstan ictimaiyyətinin nümayəndələri ilə Beynəlxalq Qadınlar günü münasibətiylə keçirilən görüşdə Nazarbayev deyib ki, o, Sinqapurun qurucusu Li Kuan Yudan hakimiyyətdən getmə səbəbini soruşub:“O bildirdi ki, mən ölkəni 31 il idarə etmişəm. Son günlər özümü televizorda gördüm və özümün də xoşuma gəlmədim”.
Xatırladaq ki, Nazarbayev prezident seçkilərini bu il aprelin 26-a təyin edib. Nazarbayev seçkidə iştirak edib- etməyəcəyinə özü qərar verəcəyini deyib.
Martın 6-a olan məlumata görə, prezidentliyə 10 nəfərin namizədliyi irəli sürülüb.
İnterpress.az