Martın 5-də Kürdəmir rayonunun Axtaçı Qarabucaq kəndində naməlum şəxs tüfəngdən atəş açaraq Axtaçı kənd sakini Neman Budaqova xəsarət yetirib. Nəticədə N.Budaqov hadisə yerində ölüb.
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş kənd sakini Toğrul Bağırov tutulub.
İnterpress.az