Osmanlı dövrünə aid məscid partladılıbbackend

Osmanlı dövrünə aid məscid partladılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Kürdüstan Demokratik Partiyasının Mosul şöbəsinin sədri Səid Memozini şəhərin qərbində yerləşən məscid dünən axşam saatlarında İŞİD terrorçuları tərəfindən partladılıb: “Bu məscidin içində kimə aid olduğu bilinməyən türbə də var. Yerli xalq hər cümə axşamı və cümə günləri bu türbəni ziyarət edərdilər. Bundan narahat olan terrorçular məscidi partlatdılar”.

Bundan əvvəl İŞİD silahlıları Mosul muzeyinə hücum edərək minlərlə yaşı olan sənət əsərlərini müxtəlif alətlərdən istifadə edib dağıtmışdılar.

İnterpress.az