Təcavüz edən şəxsi həbsxanadan qaçırıb öldürdülər – VİDEObackend

Təcavüz edən şəxsi həbsxanadan qaçırıb öldürdülər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təcavüz edən şəxsi oradan götürüb daşqalaq edib, sonra diri-diri yandırdılar. İnterpress.az xəbər verir ki, son illərdə tez-tez zorlama hadisələrinin baş verdiyi Hindistanın Naqaland əyalətinə adi Dimapur şəhərində bu cür hadisələrə etiraz etmək üçün küçələrə çıxan insanlar birdən həbsxanaya yönəliblər. Kütlə keçən ay zorlamaya görə həbsə alınan məhkumu oradan çıxarıb şəhər meydanına gətirdi. Orada onu daşqalaq edib yandırıblar.

“The Indian Express” qəzetinin məlumatına görə, Banqladeş əsilli olduğu deyilən 35 yaşlı Syed Fərid Xan adlı bir kişi keçən ayın sonunda bir məktəbli qızı dəfələrlə zorladığına görə həbs edilmişdi.

Cinayətlərin təfərrüatları ortaya çıxınca Gənc Tələbələr Federasiyası dünən aksiya keçirib. Lakin mitinq iştirakçılarının sayı 10 mini keçdiyindən idarə olunmayıb və kütlə məhkumu həbsxanadan qaçıraraq öldürüb.

Kütlə daha sonra məhkumun dükanını və evini yandırıb.

İnterpress.azhttps://youtube.com/watch?v=ra0GB3XlsF0