Bu barədə APA-ya Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən sorğuya cavab olaraq deyilib.
“Öz ərazisini qorumaq iqtidarında olmayan Ermənistandan və onun ordusundan fərqli olaraq Silahlı Qüvvələrimizdə ancaq Azərbaycan vətəndaşları qulluq edir.
Azərbaycan Ordusunun əsgər və zabitinin bacarığı, təcrübəsi və peşəkarlığı imkan verir ki, düşmənin istənilən təxribatının qarşısı vaxtında və qətiyyətlə alınsın.
Ermənilərin gün ərzində cəbhədəki vəziyyətlə bağlı yalan məlumatlar yayması öz itkilərini gizlətmək cəhdi və Azərbaycan Ordusunun ötən gecə düşmənə həddən artıq ağır zərbə vurmasının nəticəsidir”, – deyə mətbuat xidmətindən bildirilib.
İnterpress.az