İnterpress.az xəbər verir ki, ABŞ sakinləri 2014-cü ildə ev heyvanlarına 58 milyard dollar xərcləyiblər. Bu əvvəlki ilə nisbətən 4,2 faiz çoxdur.
Ev heyvanlarına yem hazırlayan firmaların assosasiyasının hesabatına görə, əsas xərc yemlərlə bağlıdır. 2012-ci ildə buna 22 milyard dollar xərclənib. İkinci yerde veterinar xidmətdir-15 milyard dollar. Lakin heyvan sahibləri təkcə lazımı tibbi prosedurlara yox ekzotik plastik əməliyyatlara da pul xərcləyirlər.
Üçünücü yerdə heyvanlar üçün müxtəlif əşyalar, o cümlədən xaltalar, qablar və bəzi dərmanlar gəlir-14 milyard dollar. Daha 4,8 milyard bərbərlərə, xüsusi otellərə, gəzinti mütəxəssislərinə xərclənir.
Artan xətlə qalxan xərclər isə qeyri adi xidmətlərdir. Məsələn, son zamanlar sahiblər heyvanlarını spa-salonlara daha çox aparırlar.
Heyvanların əldə olunmasına 2,15 milard dollar xərclənir. Assosasiyanın məlumatlarına görə, ABŞ-da 397 milyon ev heyvanı var. Onlardan 96 milyonu pişiklər, 80 milyonu itlərdir. ABŞ-da ən populyar it cinsi 24 ildir ki, labradorlardır.
1994-cü ildə amerikalıların ev heyvanlarına xərclədikləri pulun miqdarı 17 milyard dollar təşkil edib.
İnterpress.az