İdmançılarımız Dünya Kuboku üçün yarışacaqlarbackend

İdmançılarımız Dünya Kuboku üçün yarışacaqlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Güləş Federasiyasından verilən məlumata görə, yarışda Azərbaycanla yanaşı, Yaponiya, Polşa, ABŞ, Rusiya, Ukrayna, Monqolustan və İsveç güləşçiləri iştirak edir.

Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri Yaponiya, Polşa və ABŞ komandaları ilə A qrupunda mübarizə aparıb. B qrupunda isə, Rusiya, Ukrayna, Monqolustan və İsveç komandaları qüvvələrini sınayıb.

Qrupun ilk görüşündə ABŞ komandası ilə 4:4 hesablı bərabərlik qeydə alınsa da, texniki göstəricilərə görə rəqibdən geri qalan yığmamı görüşü məğlub başa vurub. Qadın güləşçilərimiz ikinci görüşdə Polşa güləşçilərini 5:3 hesabı ilə məğlub edib.

Qrupun son görüşünü güclü Yaponiya yığmasına qarşı keçirən komandamız 5:3 hesablı məğlubiyyətlə barışmalı olub. Bu görüşlərin nəticəsinə əsasən komandamız mübarizə apardığı A qrupunu 3-cü yerdə tamamlayıb.

Qrup mərhələsində yığma komandamızın üzvlərindən ən yaxşı göstərici Mariya Stadnikə məxsusdur. Komandamızın kapitanı keçirdiyi hər 3 görüşü qələbə ilə başa vurub. Yuliya Ratkeviç və İrina Netreba isə, 3 görüşdən 2-sində qələbə qazanıb.

Beləliklə, qrup görüşlərinin nəticələrinə əsasən, yığma komandamız digər qrupu 3-cü yerdə tamamlamış Ukrayna güləşçiləri ilə 5-ci yer uğrunda qarşılaşacaq. Yaponiya və Rusiya güləşçiləri finalda, ABŞ və Monqolustan güləşçiləri isə bürünc meallar uğrunda yarışacaq. Polşa və İsveç komandaları isə, 7-ci yer uğrunda qarşılaşacaq.

İnterpress.az