Döyüş təyyarələri Suriyanın Türkiyə sərhədinə yaxın bir bölgəsində terror təşkilatının maye yanacaq istehsal edən zavodunu hədəfə alıb.
Yuxarıdan endirilən bombalar nəticəsində ən az 30 adam ölüb. Suriyanın Telabyad qəsəbəsi yaxınlığına düşən bombalar nəticəsində İŞİD-çilərin və zavod işçilərinin öldüyü ifadə edilib.
Bombardmandan sonra zavodlar alov içərisində qalıb. Böyük səs-küyə səbəb olan döyüşlər Türkiyə tərəfindən də müşahidə olunub.
İnterpress.az