İnterpress.az xəbər verir ki, bu barədə mərkəzi ofisi Londonda yerləşən Suriyada İnsan Haqlarının Monitorinq Qrupu məlumat yayıb.
Qrupun məlumatına görə, bir qrup İŞİD üzvü Türkiyəyə qaçmağa çalışıb. Bu zaman onların qarşısını almağa cəhd edən digər qrupla toqquşma baş verib.
Hadisə Türkiyə sərhədinə yaxın Əl Bab qəsəbəsində qeydə alınıb. Qaçmağa cəhd edən 5 nəfər güllələnib. Qarşı tərəfdən isə 4 nəfər həlak olub.
Türkiyəyə qaçmaq istəyənlər arasında 9 avropalı və bir tunisli də var.
İnterpress.az