Bunu İnterpress.az-a hazırda 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən “qanuni oğru”, Lotu Quli ləqəbli Nadir Səlifovun vəkili Təranə Əliyeva deyib.
Vəkilin sözlərinə görə, Lotu Quli bu barədə mətbuatda yazılanlardan xəbərdardır: “Düşünürük ki, bu barədə xəbərlərin dövriyyəyə buraxılması ikisinin arasında problem yaratmağa, münasibətləri pozmağa çalışanların işidir. Onların da kimliyi ortaya çıxacaq”.
Qeyd edək ki, vəkil martın 10-da Nadir Səlifovla görüşüb.
Elnarə
İnterpress.az