Direktorlar “yox”, BŞTİ “hə” deyirbackend

Direktorlar “yox”, BŞTİ “hə” deyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-a paytaxt məktəblərinin direktorları bildirib. Direktorların sözlərinə görə, son 3 aya qədər vəsaitin ödənilməsində heç bir problem olmayıb. Lakin dekabr ayından etibarən vəsaitiin ödənilməsi dayandırılıb. Səbəb isə məktəb rəhbərlərinə hələlik açıqlanmayıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi isə vəsaitin ödənilməsində heç bir problem olmadığını bildirib. İdarənin İctimaiyyətlə əlaqələr sektorundan İnterpress.az-a verilən məlumata görə, vəsaitin köçürülməsində heç bir problem yoxdur: “2013-cü ilin dekabr ayından Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərinin direktorlarına təsərrüfat məqsədləri üçün avans şəklində müvafiq aylıq vəsaitlərin ödənilməsinə başlanılıb.

Aylıq avans məbləğlərinin həcmi şagirdlərinin sayı 1000 nəfərədək olan məktəblərdə 400, şagirdlərinin sayı 1000 – 1300 nəfər olan məktəblərdə 500, şagirdlərinin sayı 1300 nəfərdən çox olan məktəblərdə 600 manat müəyyən edilib.

Ödəniş Təhsil Nazirliyinin \”Təsərrüfat məqsədləri üçün plastik kartların tətbiqi barədə\” müvafiq əmrinə əsasən məktəb direktorlarının bu məqsəd üçün açılmış plastik kart hesablarına köçürülür. Son 3 ay üçün müəyyənləşmiş ödəniş də qeyd olunan kartlara köçürülüb”.

Elnarə
İnterpress.az