Nemtsovun qətlində şübhəli bilinən məhkəmə qərarından şəxs şikayət verdibackend

Nemtsovun qətlində şübhəli bilinən məhkəmə qərarından şəxs şikayət verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə jurnalistlərə vəkil Sofya Rubasskaya bildirib.

“Mən şikayət edərək, məhkəmənin həbs qərarının ləğv olunmasını və Həmzət Baxayev barəsində həbslə əlaqəli olmayan qətimkan tədbirinin seçilməsini xahiş etmişəm”, deyə vəkil bildirib.

Məlumata görə, Həmzət Baxayev, Şaqit Qubaşev və Tamerlan Əsgərxanovun həbs olunması qərarının hər üç şəxs barəsində eyni vaxtda ümumi verildiyindən onun qanuna uyğunluluğu Moskva şəhər məhkəməsində araşdırılacaq.

Hazırda cinayət işi üzrə həmçinin Anzor Qubaşev və Rusiya DİN-in “Şimal” batalyonunun komandirinin keçmiş müavini Zaur Dadayev həbs olunub. Məlumata görə, Zaur Dadayev cinayəti törətdiyini etiraf edib.

İnterpress.az