İnterpress.az xəbər verir ki, keçmiş döyüşçü daha çox müzakirə mövzusu olan edam səhnələrinə aydınlıq gətirib. Bildirib ki, edamdan əvvəl dəfələrlə məşq edilib: “Girovlar öldürüləcəklərini bilmirdilər. Onlarla dəfələrlə məşq edilirdi. Buna görə də videolarda olduqca sakit görünürlər”.
İngiltərə telekanallarından birinə müsahibə verən keçmiş döyüşçü bildirib ki, baş kəsməklə gündəmə gələn və “cihadçı Con” adı ilə tanınan şəxsin yanında olub: “Conun işi əcnəbi girovları edam etmək idi. Yaponiyadan olan girov Kenji Qotonun başını kəsərkən mən də Conun yanında idim. Girovlarla ölüm səhnəsi o qədər məşq edilirdi ki, onlar çox sakit görünürdülər. Mənim işim girovları öldürülməyəcəklərinə əmin etmək idi. Onlara “Sizi öldürməyəcəyik, sadəcə hökumətlərdən tələb edəcəyik ki, hücumu dayandırsınlar” deyirdim. Beləliklə onları öldürülməyəcəklərinə əmin edirdim. Amma bilirdim ki, sonunda onları öldürəcəklər. Edam bitdikdən sonra 3-4 nəfər gəlib cəsədi götürürdü. Con sadəcə əmr verirdi. Hər kəs ona hörmət edirdi”.
İnterpress.az