Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı İnterpress.az-a bildirib ki, martın 10-da Bakının 11 rayonunun Qaz İstismar Sahələrinin \”Sayğacların qəbulu və istismarı\” şöbələrinin ləğvi ilə əlaqədar 90-a yaxın işçiyə ixtisar bildirişi verilib: “Bu, “Azəriqaz” tərkibində yeni regional qurumun yaradılması ilə əlaqədardır. Yeni quruma ARDNŞ İnsan Resursları Departamentində bilik və bacarıqları yoxlanılaraq ən yüksək bal toplayan işçilər qəbul olunacaq”.
İnterpress.az