Gürcüstanda azərbaycanlılar aksiyaya başladıbackend

Gürcüstanda azərbaycanlılar aksiyaya başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aksiyada martın 10-da Sadaxlıda 4-cü sinif şagirdinin Ermənistan nömrə nişanlı avtomobil tərəfindən vurulması faktı barədə cinayət işi qaldırılması tələb edilib. Sakinlər magistral yolda avtomobillərin sürət həddini aşmasının qarşısını almaq üçün sürücüləri sürəti azaltmağa məcbur edəcək maneələr yaradılmasını və yol kənarlarına videokamera quraşdırılmasını zəruri saydıqlarını bildiriblər. Marneuli Bələdiyyəsinin sədri Nəbi Abdullayev əhali ilə söhbətində bu ayın axırınadək magistral yolda müvafiq işlərin aparılacağını söyləyib.

N. Abdullayev APA-ya açıqlamasında hadisənin 10-OT-050 dövlət nömrə nişanlı “Opel” markalı avtomobilin sürücüsü olan Samvel adlı Ermənistan vətəndaşı tərəfindən törədildiyini açıqlayıb: “Hazırda hadisə ilə bağlı cinayət işi qaldırılıb. Cinayət törədən şəxs Gürcüstan qanunları ilə cəzasını alacaq. Magistral yola gəlincə, deyə bilərəm ki, yola nişanlar və tramplinlər qoyulması barədə tender elan olunub və ayın axırınadək yolda videokameralar, bir neçə yerdə yol nişanları və maşınların sürətini azaltmaq üçün tramplinlər qoyulması tezləşdiriləcək. Dövlət yol patrul xidməti isə magistral yol boyu nəzarəti gücləndirəcək”.

Qeyd edək ki, martın 10-da saat 17:30 radələrində Sadaxlıda Ermənistan vətəndaşının idarə etdiyi avtomobil 4-cü sinif şagirdi, 10 yaşlı Əliyev Əli Məhəmməd oğlunu vurub və məktəbli hadisə yerində keçinib. Bu gün 10 yaşlı məktəbli Sadaxlıda torpağa tapşırılıb.

İnterpress.az