Enerji təminatında problem yaranmaması üçün əlavə maşın-mexanizmlər, avadanlıqlar və əməkdaşlar cəlb ediləcək”. Bunu İnterpress.az-a “Azərişıq”ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib. Onun sözlərinə görə, qurum Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq: “Ölkə ərazisində abonentlər elektrik enerjisi ilə bağlı heç bir problem yaşamayacaq. Yarana biləcək hər hansı problem haqqında “199 – Qəza Xidməti”nə zəng vuraraq məlumat versinlər. Yaradılmış operativ qruplar vasitəsilə yaranmış fasilələrin dərhal aradan qaldırılması mümkün olacaq”.
Elnarə
İnterpress.az