Merkelin uğurlu qaçqın siyasətibackend

Merkelin uğurlu qaçqın siyasəti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Tagesschau.de”-yə istinadən xəbər verir ki, Alman Kansleri özünün qaçqın siyasətinə qarşı tənqidləri rədd edib. Bundestaqın müzakirəsində qaçqınların sayı və tədbirlərin təsir qüvvəsi nəzərdən keçirilib. Məsələ ilə bağlı müxalifət sərt tənqidlər irəli sürüb.
Angela Merkel 12 aydır ki, həyata keçirilən qaçqın siyasətini yüksək qiymətləndirib. Kansler, “Biz Almaniyada qaçqın hərəkatına nəzarətə və bu məsələni qaydaya salmağa nail olduq” sözləri ilə ümumi müzakirədə çıxış edib. Eyni zamanda Almaniyada qaçqınlar humanist münasibətlə qarşılaşıblar. Bu gün bu situasiya keçən ilə nisbətən daha da yaxşılaşdırılıb”- deyə Merkel vurğulayıb.
Həmçinin qaçqınıların Almaniya social həyatına inteqrasiya etməsi üçün bir sıra dəyişikliklərin ediləcəyi və tədbirlər görüləcəyi nəzərdə tutulub. Bu dəyişikliklər qaçqınların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində aparılacaq.

İnterpress.az